Yediyimiz çörəyin tərkibinə görün iynə ilə nə yeridilir? — DƏHŞƏTLİ FAKTLAR

GÜNDƏM 11 oktyabr 2024, 23:55
Çörək orqanizmin vərdiş etdiyi ənənəvi və qədim ərzaq olmaqla yanaşı, karbohidrat və kalori mənbəyi kimi insanın əsas qida vasitəsidir. Tərkibində olan yüksək bitki zülalı, Omeqa-6 yağ turşusu, mineral və vitaminlərlə orqanizmi təmin edir, həzm prosesini aktivləşdirir. Amma qida rasionunda əsas paya malik olan çörək nədənsə, biz azərbaycanlıların orqanizmində narahatlıq yaradır. Əksəriyyəti çörək qəbulundan sonra mədə-bağırsağında, həzm prosesində diskomfort yarandığından şikayətlənir.

Hazırda isə əksər insanları düşündürən məsələ çörəyin tərkibi və keyfiyyətidir. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov News24.az-a açıqlamasında bildirib ki, çörək bişirən müəssisələr istehlakçını cəlb etmək üçün çörəyin üstünə şəkər çəkirlər, ona görə içi çiy üstü qızarmış şəkildə qalır:



"Çörək biznesi biznes sektorunun liberal bölümüdür. Kim istəsə bu bizneslə məşğul ola bilər. Bol çeşidli çörəklər var, lakin istehlakçıların və əhalinin üstünlük verdiyi sosial və zavod çörəkləridir. Burada kiçik problemlər yaşanır, bəzən bu çörəklərin üstü çox qızardılır ki, istehlakçını cəlb etsin, ancaq içi çiy qalır. Bu da o deməkdir ki, onun üzərinə şəkər çəkiblər. Əslində zavod, həm də sosial çörəklərin üstü də, arxası da eyni rəngdə, açıq sümbül rəngində olmalıdır. İllərdir bu, qablaşdırılmırdı, indi isə qablaşdırılmış şəkildə bazara çıxır. Təəssüf ki, istehlakçılar isti çörəyə üstünlük verirlər, lakin bu, çox zərərlidir.

Ümumiyyətlə, insanlar isti çörəkdən uzaq olmalıdırlar. Bəzən görürük ki, çörəyin içindən nələrsə çıxır, onu da bir neçə il öncə ifşa etdik ki, bir qrup dələduzlar iynə ilə çörəyin içinə tükü, sapı salırlar. Səbəb də pul almaq idi. Amma onları ifşa etdik, son 3 ildə çörəkdən şikayət çox azdır. Hətta qara çörəyin tərkibinə rəng vurulduğu deyilirdi. Hazırda çörək  tam standartlara uyğun hazırlanır və AQTA buna nəzarət edir".  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top