Yeni "TələbəPlus" kartının görüntüsü — Kimlər istifadə edə biləcək?

GÜNDƏM 12 oktyabr 2024, 00:06

Bir müddət əvvəl ictimaiyyətə təqdim olunan "TələbəPlus" kartı vasitəsilə təhsilalanlar bir sıra imtiyazlardan yararlana biləcəklər. Bura supermarketlər, kitab, geyim/aksessuar və parfümeriya mağazaları, kafe/restoran, təhsil mərkəzləri, onlayn platformalar, əyləncə məkanları və s. yerlərdə xüsusi endirimlər, keşbeklər və promokodlar daxildir.

Bəs bu imtiyazlardan tələbədən başqa hər hansısa bir şəxs istifadə edə bilər?

Demokrat.az xəbər verir ki,Təhsilin İnkişafı Fondundan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, həmin kartlarda xüsusi identifikasiya kodu, eyni zamanda tələbənin fotosu olduğu üçün kənar bir şəxs həmin kartdan istifadə edə bilməyəcək.

"Ancaq tələbə istədiyi şəxsə müqaviləli şirkətlərdən müəyyən məhsulları endirimli şəkildə özü yaxınlaşaraq əldə edə bilərlər",-deyə qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top