"Qalatasaray"a yeni “dünya ulduzu” transef olur? — AÇIQLANDI

İDMAN 11 oktyabr 2024, 13:04
Transfer mövsümünün son günündə icarə əsasında "Qalatasaray"a keçən və bütün dünyada gündəm olan Viktor Osimhenlə bağlı yeni xəbərlər var.

Demokrat.az
xəbər verir ki, "sarı-qırmızılılar" performansından çox razı qaldığı nigeriyalı hücumçunu transfer haqqını almağa çalışır. Bununla yanaşı, artıq Osimhenin alternativi də müəyyənləşdirilib.

İtaliya mediasının məlumatına görə, "Napoli" Osimhenin transsferi üçün "Qalatasaray"dan 75 milyon avro tələb edir. Nigeriyalı ounçunu başqa bir klub transfer etsə, məbləğ 81 milyona qalxacaq. Transfer yanvarda baş tutsa, bu məbləğin 6 milyon avrosu bonus olaraq "Qalatasaray"a ödəniləcək.

"Qalatasaray" rəhbərliyinin maliyyə mənbəyi taaraq "Napoli" ilə danışıqlara başlaması gözlənilir. Lakin transferin yüksək məbləği və çətinliyi, həmçinin Osimhenin başqa kluba keçid ehtimalı "sarı-qırmızılı" klubu alternativ hücumçulara məcbur edib.

"Fanatik"in xəbərinə görə, "Qalatasaray"ın yanvar ayı üçün digər böyük planı Paulo Dibaladır. İtaliya A Seriyasında çıxış edən "Roma" klubu ilə müqaviləsi mövsümün sonunda bitəcək 30 yaşlı hücumçu üçün təmaslara başlayan "Qalatasaray" bu transferi fasilədə tamamlamaq istəyir. Bildirilib ki, Osimhen transferində müsbət nəticə olmasa, "Cim-Bom" Dibalanı transfer etmək üçün masaya oturacaq.

Qeyd edək ki, Dibala indiyədək vətəni Argentinada "İnstituto", İtaliyada "Palermo", "Yuventus" və "Roma"da çıxış edib. Argentina millisində 40 oyun keçirib və 4 qol vurub. "Yuventus" onu "Palermo"dan 41 milyon avroya transfer edib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2024, 14:37
11 oktyabr 2024, 14:34
Top