“Fənərbaxça” Arda Güləri geri qaytarmaq istəyir

İDMAN 09 oktyabr 2024, 22:00
“Fənərbaxça” “Real”ın futbolçusu Arda Güləri heyətinə qatmaq istəyir.

Demokrat.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. İstanbul təmsilçisi 19 yaşlı türkiyəli futbolçunun İspaniya klubundakı vəziyyətini izləyir. “Fənərbaxça” Güləri icarə əsasında heyətinə cəlb etmək istəyir. 

Qeyd edək ki, Arda Gülər bu mövsüm “Real”ın heyətində 10 oyuna çıxıb. O, Madrid təmsilçisinə 2023-cü ildə “Fənərbaxça”dan 20 milyon avroya transfer olmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2024, 11:29
Top