UEFA prezidenti narazılıqlara cavab verdi

İDMAN 10 oktyabr 2024, 22:56

UEFA prezidenti Aleksander Çeferin futbolçuların oyun təqvimi ilə bağlı narazılıqlarına münasibət bildirib.

Demokrat.az xəbər verir ki, o, deyib:

“Qəbul etmək lazımdır ki, matçların təqvimi tam doludur. Amma bu təqvimə kimlərin narazılıq etdiyini bildirməliyəm. O kəslər ki, ən böyük maaş alırlar və o klublar ki, heyətlərində 25 ən yaxşı futbolçuları var. Maaşları daha az, heyətləri 11 nəfərdən ibarət olan komandalar narazı deyillər. Onlar meydana çıxmağı sevirlər”. 

Qeyd edək ki, daha öncə Rodri, Kevin De Brüyne, Dani Karvaxal və digər futbolçular hazırkı mövsümün oyun təqvimini tənqid etmişdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top