"Qalatasaray"dan ŞOK QƏRAR

İDMAN 09 oktyabr 2024, 18:57
"Qalatasaray"a gəldiyi qısa müddətdə azarkeşlərin sevimlisinə çevirilən və "Fənərbağça" ilə İstanbul derbisində özünü ən yaxşı tərəfdən göstərən Viktor Osimhen icarə müqaviləsi başa çatandan sonra da Türkiyədə qala bilər.

Demokrat.az xəbər verir ki, bu barədə İtaliyanın məşhur "Corriere Dello Sport" qəzeti məlumat yayıb.

İddiaya görə, klub rəhbərliyi futbolçunu və müqavilə ilə bağlı olduğu "Napoli"ni razı salmağa çalışır.

Yayda Osimheni heyətinə qatmaq istəyən "Çelsi" də onun transferində maraqlıdır. İngilis klubu "Napoli"nin tələb etdiyi 81 milyon avronu ödəməyə razılaşsa da, futbolçu ilə maaş məsələsində anlaşa bilməmişdi. 

Qeyd edək ki, "Qalatasaray"da 4 matça çıxan Osimhen 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun icarə müqaviləsi bir illikdir. "Transfermarkt" Osimhenə 100 milyon avro qiymət qoyub.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top