Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

SOSİAL 10 oktyabr 2024, 20:07

Sabah saat 10:00-dan Xəzər rayonunda, saat 09:30-dan Qaradağ rayonunda və saat 14:00-dan 16:00-dək isə Binəqədi rayonunda qaz təchizatının dayandırılması planlaşdırılır.

Demokrat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, bunun səbəbi qaz xətlərində görüləcək təmir işləri ilə əlaqədardır.

Təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlarının, Mərdəkan Yeni, Stansiya Qala yaşayış massivlərinin, Şüvəlan qəsəbəsinin 1 hissəsinin, Qaradağ rayonu üzrə Qobustan qəsəbəsinin, Binəqədi rayonu üzrə isə Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 oktyabr 2024, 08:52
11 oktyabr 2024, 08:33
Top