Oğlan sevgilisini kafedə döydü

KRİMİNAL 09 oktyabr 2024, 12:03
Gədəbəy rayonunda 1994-cü il təvəllüdlü Abbas şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı Vüsaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 21-də baş verib. 

Abbas həmin gün saat 15 radələrində “Vüqarın kafesi” adlanan kafenin mətbəxində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Vüsalənin telefon zənginə cavab verməməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə və mübahisə zamanı onu əli ilə vuraraq xəsarətlər yetirib. 

Hadisəni törədən Abbasın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Vüsaləni bir ildən artıqdır tanıyır, onların arasında qeyri-rəsmi nikah münasibətləri var: 

“Noyabrın 21-də, günorta Vüsaləyə zəng vurdum. Vüsalə cavab vermədiyinə görə işlədiyi kafeyə getdim. Orada əsəbləşdiyimdən Vüsaləyə şillə ilə vurdum”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalənin sözlərinə görə, noyabrın 21-də işlədiyi kafedə olan zaman Abbas həmin kafeyə gəlib və kafenin mətbəxinə keçib: 

“Abbas mənə yaxınlaşaraq hansı səbəbdən zənglərini açmadığımı dedi. Mən isə Abbasa məndən əl çəkməsini, borcunu qaytarmasını bildirdim. Abbas isə məni şillə ilə vurdu”.

Bu cinayət işinə Gədəbəy Rayon Məhkəməsində baxılıb. İşə baxan hakim təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Abbasın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top