2024-cü ilin 25 Sentyabr-2 oktyabr tarixlərində Tacikistanda MDB ölkələrinin Gənclər Təşkilatlarının Beynəlxalq Forumu keçirilib.
Demokrat.az Azxeber.com-a istinadən xəbər verir ki, MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar əməkdaşlıq Fondunun dəstəyi, Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi və “Gənclər Evi” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan forumda “Dünya Azərbaycanlıları Gənclər Təşkilatı” İB-nin üzvləri və katibliyi də iştirak edib.
Forumda ölkəmizi “Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım” İB-nin sədri Əfsələddin Ağalarov, ADU-nun Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev, DAGT-nin baş katibi Nəzrin Süleymanova, aktiv gənclər Fidan Hüseynova və Ayla Axundova təmsil ediblər.
Forum iştirakçıları MDB məkanında beynəlxalq əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məsələlərini müzakirə edib, iqtisadi sahədə gənclər arasında tərəfdaşlığın inkişafı, strateji istiqamətlərin işlənib hazırlanması və həyata keçirilməsi prosesində gənc mütəxəssislərin aktiv iştirakı, yeni layihə təşəbbüsləri barədə müzakirələr aparıblar.
GSİİYİB sədri Əfsələddin Ağalarov forumun təşkilatçılığını yüksək qiymətləndirib.
O, bu cür təşəbbüslərin MDB məkanında birliyin və sağlam tərəfdaşlığın formalaşması üçün önəmli addım olduğunu bildirib: “Bu ölkələrin bir-birində tapdığı dəyərlər, tarixə dayanan önəmli bağlılıqları var. Tacikistanda sayca 9-cu dəfə baş tutan və ənənə halını alan bu görüş qeyd etdiyimiz dəyərlərin gənclərə ötürülməsi istiqamətində önəmli rola malikdir. Azərbaycan heyəti olaraq forumda geniş məruzə ilə çıxış edərək, ölkəmizin dayanıqlı və çoxşaxəli iqtisadi inkişaf konsepsiyasını təqdim etdik. Yeni startaplar, onların iqtisadi fəallığın artımındakı rolu və Azərbaycanın bu istiqamətdəki zəngin təcrübəsi iştirakçılar tərəfindən də maraqla qarşılandı”.
Qeyd edək ki, forumda Tacikistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistandan olan gənclər təşkilatlarının ali təhsil müəssisələrinin, dövlət orqanlarının əllidən çox nümayəndəsi iştirak edib.