İran oktyabrın 7-si səhərə qədər uçuşları ləğv edib

REGİON 06 oktyabr 2024, 20:15
İran oktyabrın 7-si səhərə qədər bütün hava limanlarından uçuşları ləğv edib.

"Report" xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

İranın Mülki Aviasiya Təşkilatının qərarı ilə uçuşlar oktyabrın 6-sı Bakı vaxtı ilə saat 21:30-dan oktyabrın 7-si saat 06:30-a kimi ləğv olunub.

Qərara səbəb əməliyyat məhdudiyyətləridir.

Xatırladaq ki, oktyabrın 1-i İran İsrailə raket zərbələri endirdikdən sonra uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq etmişdi. Oktyabrın 2-də daha bir gün qadağa uzadılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
Top