10-cu Bakı Beynəlxalq Kitab Sərgisi davam edir. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan sərginin 3-cü günüdür. Sərgidə 200-ə yaxın yerli və xarici təşkilat, 90-dan çox tanınmış ədəbiyyat xadimi iştirak edir. Sərgi günlərində 220-dən çox müxtəlif formatda tədbirin təşkili planlaşdırılır. Eyni zamanda sərgidə azərbaycanlı yazıçı və şairlər, o cümlədən gənc yazarlar və tanınmış xarici yazıçılar iştirak edir. Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərslər, aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları təşkil olunur.
Yazıçı, tərcüməçi, ssenarist Cəlil Cavanşir Demokrat.az-a açıqlamasında ölkədə kitabla bağlı tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb:
"Sərgilərin, kitabla bağlı tədbirlərin keçirilməsi kitabı gündəmə gətirir və təbii ki, faydası danılmazdır. Bakı Beynəlxalq Kitab Sərgisi də bu baxımdan çox faydalıdır. Təəssüf ki, bu il keçirilən sərginin təbliğatı çox zəif oldu. Eyni zamanda sərginin şəhər mərkəzindən uzaqda olması da, sərgidə oxucuların iştirakına böyük əngəldir. Sərginin tədbirlər proqramı zəngindir. Məşhur, dünya səviyyəli yazıçılar dəvət olunub, ancaq hələki oxucu aktivliyi qənaətbəxş deyil. Ümid edirəm ki, təşkilatçılar növbəti sərgilərdə bu məsələləri nəzərə alacaq".
Qeyd edək ki, sərgi ziyarətçilərinin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin edilir.
Törə Zeynallı
Demokrat.az