Deputat: “Gənclər ideoloji təcavüzün qurbanına çevrilirlər”

SOSİAL 02 oktyabr 2024, 12:58
“Müharibə meydanında uduzan düşmənlər bu gün ideoloji müstəvidə ölkəmizə, cəmiyyətimizə qarşı gizli və güclü savaş elan ediblər. Biz bunu açıq-aydın görürük, LGBT, No War kimi zərərli meyillər aşılanır. Burada əsas məqsəd milli-mənəvi dəyərlərdən uzaqlaşmış, köklərindən qopmuş nəsil yetişdirməkdir. Bu, çox ciddi tendensiya və prosesdir. Gəncləri milli-mənəvi dəyərlərindən, mentalitetindən uzaqlaşdırmaq üçün qrantlar ayrılır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. 

Millət vəkili hazırkı dönəmdə bu proseslərin qarşısının alınmasının önəmli olduğunu hesab edir:

“Əks halda gələcəkdə vəziyyət heç də ürəkaçan olmayacaq. Bu gün gənclərin əksəriyyəti xaricə getməyə, orada oxumağa meyil göstərir, xaricə beyin axını var. Onlar zərərli təsirlərə məruz qalırlar, ideoloji təcavüzün qurbanına çevrilirlər. Ona görə də bu mübarizədə bizim üzərimizə çox böyük məsuliyyət və öhdəlik düşür. 

Çalışmalıyıq ki, gücümüzü birləşdirək və gənclərimizi bu təsirlərdən, zərərli meyillərdən qoruyaq”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top