Müşfiq Cəfərov: "Azərbaycan Gəncənin qisasını layiqincə 44 günlük müharibə zamanı döyüş meydanında aldı"

GÜNDƏM 30 sentyabr 2024, 19:59
“Bu il Gəncə terrorunun 4-cü  il dönümüdür.  Əslində 2020-ci il 4 oktyabr Gəncənin ilk dəfə raket atəşinə tutulduğu gündür. Bundan sonra şəhər ardıcıl olaraq 44 günlük müharibə zamanı bir neçə dəfə raket atəşinə məruz qalıb”.

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. O bildirib ki, düşmənin sivil insanları hədəf alması onun acizliyindən və gücsüzlüyündən xəbər verirdi:

“Məhz bu ilk raket hücumu zamanı 1 sivil şəxs həyatını itirib, 30 mülkü şəxs yaralanıb və fərdi yaşayış obyektləri və nəqliyyat vasitələri sıradan çıxıb. 

Gəncə, Bərdə, Tərtər kimi bölgələrimizdə dinc insanların hədəfə alınmasında qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutyunyanın və Ermənistan rəhbərliyinin birbaşa əli var. Cenevrə konvensiyasının tələbləri  pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlərə qəhrəman Azərbaycan ordusu tərəfindən müharibə meydanında layiqli cavab verildi. 

Azərbaycan ordusu hər zaman böyük humanistlik göstərərək erməni sivilləri qoruyub. Biz bunu 44 günlük müharibə zamanı da, elə 24 saatdan da az çəkən lokal antiterror tədbiri zamanı da gördük. Ordumuz zərgər dəqiqliyiylə silah-sursat anbarlarını məhv edərkən yaşayış obyektlərini qorudu, hətta bu anbarlar planlı şəkildə yaşayış obyektlərinə yaxın tikilsə belə biz həmin yerlərə zərər vurmadıq. Azərbaycan dövləti Gəncənin qisasını layiqincə 44 günlük müharibə zamanı döyüş meydanında aldı. Təbii ki, artıq bu əmri verənlər Arayik Arutyunyan və ətrafındakılar həbs olunub və layiqli cəzalarını alacaqlar. Bu gün Azərbaycan dövləti milli maraqlarını daima üstün tutur. Məhz bunun nəticəsidir ki, xalq dövlət ətrafında bir yumruq kimi birləşib”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 00:25
30 sentyabr 2024, 21:30
Top