Beynəlxalq Kitab Sərgisində 90 faiz kitab endirimi

GÜNDƏM 30 sentyabr 2024, 18:48
 “Bakı Beynəlxalq Kitab Sərgisində 90 faiz kitab endirimi vəd edirik. Fikrimcə, bu, sevindirici haldır. Sərgiyə gəlmək istəyənlər bu məqamı diqqətdə saxlasınlar”.
Bunu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı keçirilən mətbuat konfransında tanınmış naşir, tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu söyləyib.


Ş.Xuduoğlunun sözlərinə görə Azərbaycan kitab oxuyanların sayına görə Avropa ölkələrindən geridə qalır:

“Statistikaya görə Azərbaycanda əhalinin 99 faizi təhsil alır. Amma bunun içində kitab oxuyanlar cəmi 5 faiz təşkil edir. Bu 5 faizi təşkil edən insanların əksəriyyəti ildə 12 səhifə kitab oxuyur, amma insan ildə 12 kitab oxumalıdır normal olaraq. Norveç, Almaniya, Danimarka kimi Avropa ölkələrində isə əhalinin 70-80 faizi kitab oxuyur. Kitab oxumaq mədəniyyət göstəricisidir. Kitab sərgilərilərinin keçirilməsi mühüm mədəniyyət hadisəsidir. Azərbaycanda ildə 2-3 min kitab nəşr olunur, amma bu say 10 min olmalıdır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 00:25
30 sentyabr 2024, 21:30
Top