Hündürmərtəbədən yıxılanların sayı niyə artıb?— AÇIQLAMA

GÜNDƏM 30 sentyabr 2024, 18:13
Son zamanlar hündürmərtəbəli binalardan yıxılaraq ölənlərin sayı  çoxalıb.

Maraqlıdır,   bu hadisələr nədən qaynaqlanır? 


Məsələ ilə bağlı Demokrat.az-ın suallarını cavablandıran sosioloq Lalə Mehralı bildirib ki, belə hadisələrin bəzisi diqqətsizlikdən, bəzisi isə etinasızlıqdan baş verir:

“Fikir verin, nə qədər qadın pəncərə silərkən yüksəkmərtəbəli binadan yıxılaraq həyatını itirib. Məsələ ondadır ki, onlar belə şeylərə etinasızlıqla yanaşırlar. Bəzi faciələrin baş vermə ehtimalına qarşı düşünürlər ki, mən diqqətliyəm, mən ehtiyatsızlıq etmərəm, mənə heç nə olmaz, beş dəqiqəyə silib düşəcəm, və.s. Amma nə baş verirsə, nəinki beş dəqiqə, beş saniyə içində baş verir. Hadisənin baş verməsi üçün anlıq olur, anında olur və bitir. Ona görə də diqqət məsələsi və etina məsələsi mütləq qaydada nəzərə alınmalıdır.

Bunun qarşısını almaq üçün hadisənin baş verməsi ehtimalını əvvəlcədən ölçüb biçə bilər. Yəni bu şüur, bu dərrakə bizdə var. Ona görə də yüksəkmərtəbəli binalarda balkona çıxarkən pəncərəni açarkən diqqətli oluruq. Ehtiyat edirik, Uşağımız varsa, yüksək mərtəbəli evlərdə balkona çıxış imkanlarını məhdudlaşdırırıq pəncərələrimizə barmaqlıqlar düzəltdiririk. Yəni bütün mümkün ehtimalları nəzərə alıb ona görə davranırıq.

Ona görə də bir hadisənin baş vermə ehtimalını əvvəlcədən ön görmək lazımdır. Yəni bir az uzaqgörən olmaq lazımdı. Baxın, yollarda qəzalar baş verir. Tək hündürmərtəbəli binadan yıxılıb ölənlər yox, yollardakı qəzalar ıda diqqətə alaq. Qəzaların çoxu niyə baş verir? Etinasızlıqdan və diqqətsizlikdən. Çünki insanlar bir an telefona baxmağı, kiməsə mesaj atmağı, kimdənsə gələn mesajı və ya zəngi cavablamağı, qayda pozuntusu və yaxud da faciəyə səbəb olacaq bir predmet kimi qəbul etmirlər. Fikirləşir ki, bir saniyədir bunu edib telefonu kənara qoyacam. Amma telefon elə bir cihaz, elə bir vasitə olub ki, insanı özündən asılı saxlaya bilir. Əl boyda bir cihaz bizim bütün həyatımızı idarə eliyir. Ona görə də sükan arxasında olarkən də bax o diqqət və etina məsələsi həyati əhəmiyyətli məsələdir. Hündürmərtəbəli binalarda yaşayanlar üçün də bu keçərlidir. Bir ağaca çıxıb meyvə dərmək istəyən, yolu küçənin bu tərəfindən o tərəfinə keçmək istəyən üçün də keçərlidir. Yəni bütün hallarda həyatımızın hər anını diqqət və etinayla yaşamalıyıq. Əgər o diqqətsizliyi göstərsək, etinasızlığı göstərsək, nəticəsi bax bu cür faciələrə səbəb olur”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 00:25
30 sentyabr 2024, 21:30
Top