Cəbrayıl şəhərinə ikinci köç karvanı oktyabrın 28-də baş tutacaq

QARABAĞ 29 sentyabr 2024, 20:30
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə ikinci köç karvanı oktyabrın 28-də və ya 29-da baş tutacaq. 

Biləsuvar ərazisində yerləşən və əsasən cəbrayıllı vətəndaşlarımızın məskunlaşdığı qaçqın şəhərciyindən təxminən 10 ailənin də  doğma yurda qayıdışı təmin ediləcək.  

Bu barədə Cəbrayıl Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın Cənub bürosuna məlumat verilib. 
 
Qeyd edək ki, bir neçə gün əvvəl respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Cəbrayıl şəhərinə köçürülüb.

Bunlardan 10 ailə isə məhz qaçqın düşərgəsində uzun illərdir yaşayan sakinlər olub. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top