Uşaqlarda sağlam qidalanma vərdişləri formalaşdırmaq lazımdır — AÇIQLAMA

GÜNDƏM 20 sentyabr 2024, 21:42
Tədris ili boyunca təhsil ocaqlarında qidalanma aktual mövzuya çevrilir. Məktəblərin, universitetlərin bufetlərində, yeməkxanalarında müxtəlif növ qidalar satılır, hazır və ya yerindəcə bişirilmiş yeməklər servis edilir. Şagirdlərin sağlam qidalanması xüsusilə vacib mövzudur. Çünki uşaqların fiziki və əqli inkişafına qidalanmaları, yedikləri yeməklər birbaşa təsir edir. 

Məsələyə münasibət bildirən qida mütəxəssisi Ağa Salamov Demokrat.az-a açıqlamasında deyib ki, zərərli qidalar uşaqların immunitetini zəiflədir, orqanizmin xəstəliklərə, virus infeksiyalarına qarşı müqavimətini azaldır:

“Məktəblərdə qida ilə bağlı ciddi problemlər qalmaqdadır. Məktəb bufetlərdə rəngli, qazlı, tərkibində asit olan içkilər satılır. Bu, uşaqlarda sümük əriməsinə qədər müxtəlif xəstəliklərinə gətirib çıxara bilər. Tərkibində fosfor turşusu olan içkilər uşaqlara ziyandır. Belə məhsullarda  ph səviyyəsi olduqca aşağıdır ki, bu da nəinki uşaqların, böyüklərin də sağlamlığına mənfi təsir göstərir. Məktəblilər tez-tez fast food, dönər kimi zərərli qidalar qəbul edirlər. Çox vaxt belə qidaların tərkibində istifadə olunan ətin, toyuğun mənşəyi məlum olmur. Buna görə də bəzən xəbərlərdə eşidirik ki, məktəblilər arasıbda dönərdən zəhərlənmə baş verdi. Tərkibində zərərli maddələr olan qida və içkilər uşaqlarda aqressiya və əqli geriliyə səbəb olur. Unutqanlıq, diqqəsizlik, yorğunluq halları da qidalanma ilə çox əlaqəlidir. 

Məktəb bufetlərində satılan qidalara nəzarət edilməlidir. Bu iş bilavasitə məktəb rəhbərliyinin üzərinə düşür. Yaxşı olar ki, valideynlər övladlarının məktəbdə qidalanmasına nəzarət etsinlər. Uşaqların çantalarına evdə hazırlanan sağlam qidalardan qoysunlar. Uşaqlarda erkən yaşlardan sağlam qidalanma vərdişləri yaratmaq, onları sağlam qidalanmağa alışdırmaq gələcək həyatlarına, sağlamlıqlarına müsbət təsir edər".

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top