Mobil telefonların tədrisin keyfiyyətinə mənfi təsiri inkaredilməzdir. Çünki şagirdlərin diqqət dağınıqlığı, boş vaxtlarını düzgün dəyərləndirməməsi və təhsildən uzaqlaşması məhz uşaqların mobil telefonlara daha çox meyl etməsindən qaynaqlanır.
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil Elçin Süleymanov deyib.
O bildirib ki, artıq Avropanın bir neçə ölkələrində şagirdlərin dərsə mobil telefonla daxil olmasına qadağa qoyulub:
“Düşünürəm ki, Azərbaycanda da şagirdlərin davranış qaydalarında da buna bənzər qanun var idi. Bu məktəb və valideyn komitəsinin qərarı ilə sistemləşdirilə bilər. Burada valideynlərin narahatlığı daha çox övladları ilə əlaqə qura bilməməsidir. Bunların iki həlli var. Birincisi valideynlərlə danışılaraq övladlarına smart olmayan telefon istifadəsi təklifi, ikincisi isə siniflərdə xüsusi bir dolablar hazırlanmalıdır ki, 20-25 şagirdin telefonları dərs vaxtına qədər orada qalsın və nəzarət edilsin. Dərs bitəndə isə telefonları götürə bilərlər. Bizim üçün qısa, praktik həll yolu budur. Bəzi ölkələrdə, məktəblərdə xüsusi dalğa pozan aparatlar qoyulub ki, orada telefon işləmir. Bu da bir yoldur. Amma mütləq şəkildə bunun bir həll yolu tapılmalıdır. Çünki tədrisin keyfiyyətinə ciddi şəkildə mənfi təsir göstərir. Şagirdlər arasında neqativ davranışlarının ortaya çıxmasına gətirib çıxarır”.
Mehriban Mirzəzadə
Demokrat.az