Bu gün Onun yaratdığı gündür! — Elşən Musayev yazır

GÜNDƏM 20 sentyabr 2024, 19:34

Bir neçə gün öncə saytlardan birində xəbər başlığı oxuyuram: “Qarabağ Universitetinə qəbul olan tələbələr ilk dərs ilinə hazırlaşır...” Sonra növbəti xəbərə keçid alıram. Daha sonra digərinə. Sonra geri dönürəm. İlk xəbərə. Stupor vəziyyətində. Beynimi “refreş” edirəm. Necə?! Qarabağ Universiteti? Xankəndidə?

Və... mən bu xəbərin üzərindən yalnız başlığa nəzər yetirərək içini açmadanmı keçmişəm?!

Nələr baş verir, İlahi? Xəbərlər, hadisələr artıq adiləşdimi? Yox! Adiləşmədi. Adiləşməyib. Qətiyyən! Sadəcə uzun həsrətdən sonra bu qədər xoş məqamı, müjdəni eyni anda həzm edə, beyin süzgəcindən keçirə bilmirik. Vəssalam. Mövzu budur.

Bizə aid hər şey bizimdir. 30 ildə ilk dəfə. Cıdır düzündə gəzmək, İsa bulağında şəkil çəkdirmək, “İstisu”yun dadına baxmaq artıq hər birimiz üçün 2 vur 2-dir. Portala düş və get. Hətta öz maşınınla. Eynən Gəncəyə, Gədəbəyə, Qəbələyə, Şamaxıya getdiyin kimi.

İnsan, fərd üçün ən böyük xoşbəxtlik nədir, onun tərifini verə bilmərəm. Çün, arzular beynə, dünyagörüşünə görə dəyişir. Amma dövlət... məhz dövlət üçün müstəqillikdən və suverenlikdən ötə heç nə yoxdur. Dəqiq!

Biz müstəqilliyimizi də, suverenliyimizi də iki böyük insanın - Heydər Əliyev və İlham Əliyevin müdrik siyasətinə borcluyuq. Onların iti zəkası, düzgün strategiyası olmasaydı, Azərbaycan və azərbaycanlılar bu günlərə gəlməyəcəkdi, bu günləri görməyəcəkdi. Gəlməyimiz, görməyimiz bir yana qalsın, əlimizdə-ovcumuzda olan da gedəcəkdi.

Üstəlik, nə qəribədir ki, zamanında Heydər Əliyevə qarşı hər cür şərəfsizliyə imza atanlar, 1 illik hakimiyyətləri dövründə ölkənin ümumilikdə varlığını sual altında qoyanlar elə indinin özündə də suverenliyimizə xor baxmaqdan utanmayanlardır, həmin suverenliyin adını dillərinə belə gətirməyənlərdir, Xankəndiyə Azərbaycan bayrağı sancan İlham Əliyevi təbrik etmək əvəzinə, Avropa Şurasından üzərimizə hürən Şvabe kimi dələduzların, küçə gədələrinin mirzəliyini edənlərdir.

Baxmayaraq ki, hüquq elmi və beynəlxalq hüquq da daxil, ona aid bütün istiqamətlər suverenliyi, suvereniteti dövlətlərin, ölkələrin əsas atributlarından, rəmzlərindən biri hesab edir, baxmayaraq ki, suverenlik bütün beynəlxalq təşkilatların üzdə hörmətlə yanaşdığı və münasibətlərdə önəm verdiyi vacib məqamlardandır, baxmayaraq ki, BMT Nizamnaməsinin ikinci maddəsində “Təşkilat onun bütün üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanır” sərlövhəsi qırmızı xətlə keçir, baxmayaraq ki, 1970-ci il Helsinki Yekun Aktında (beynəlxalq hüququn prinsiplərinin əsas mənbəyidir) suverenlik anlayışı və onun qorunmasında dövlətlərin müştərək rolu az qala, imperativ norma kimi vurğulanır - yenə YATDILAR! Hamısı yatdı. Fil qulağında. Gözlərini, qulaqlarını bağlayaraq...

Ta o günə qədər ki, İlham Əliyev onları qəflət yuxusundan ayıltdı...

Ta o məqama qədər ki, İlham Əliyev bütün dünyanın üzərinə düşən işi təkbaşına gördü və hamıya dərs verdi!

Öz qətnamələrini öz nizamnaməsinə uyğunlaşdıra bilməyən BMT-yə də!  

Son zamanlar “travel bloqer”ə çevrilən ATƏT nüməyəndələrinə də!

AŞPA-nı AŞPAZ durumuna salan qərəzbazlara da!

***
Ona görə də bu gün ilk öncə Onun günüdür. Onun yaratdığı gündür. Onun tarixə və bizlərə bəxş elədiyi gündür!

Təşəkkürlər, cənab Prezident!

Günün mübarək, suveren Azərbaycan!
 
Elşən Musayev

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top