Aynişanla piyada arasında mübahisə — VİDEO

ŞOU-BİZNES 19 sentyabr 2024, 11:14

Bloger Aynişan Quliyeva tıxacda başına gələn hadisəni izləyiciləri ilə bölüşüb.

Bununla bağlı video paylaşan Aynişan piyadanın onunla mübahisəsini danışıb:

"Çox pis tıxac var. Sürətlə yolu keçirdim, qəfildən maşınlar dayandı və mən yolun ortasında qaldım. Bu anda isə işıqforun qırmızı işığı yandı. Gördüm ki, önümdəki yolda artıq yaşıl işıq yanır və avtomobillər üzərimə doğru gəlir, başladım arxa-arxaya sürməyə. Arxamda isə çox sayda avtomibl var idi. Yandan piyadalar keçirdi. Piyadalardan biri, bir oğlan başını maşınımın içinə salıb dedi ki, mən indi bu yolu haradan keçim? Açığı o haqlıdır, çünki daha əvvəl nə baş verdiyindən xəbəri yoxdur. Mən də ona izah etməyə çalışdım... Dedim, bəs mən yolun ortasında qalmışdım və arxa-arxaya avtomobilimi verdim ki, yol kəsməyim və insanlar keçə bilsinlər. Amma o məni anlamadı və mənə "afərin" deyərək getdi. İnanın 20 dəqiqədir ki, içimdə bir sıxıntı var. O insanın bir sözü, baxışı mənə çox pis təsir etdi. Bu məsələdə həm o, həm də mən haqlı idim. Çünki istəməzdim belə bir hadisə yaşansın. Heç kimin haqqına girən insan deyiləm və kimsə haqqıma girəndə çox narahat oluram. Amma o an nəyisə sübut etməyin bir mənası yox idi". (Axşam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top