Bu məntəqələrin nəticələri ləğv olundu

DAXİLİ SİYASƏT 15 sentyabr 2024, 14:27
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 24 saylı Nizami Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Ülviyyə Şükürovanın və 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Əzizovun müraciətlərinə baxılıb.

Demokrat.az xəbər verir ki, 24 saylı Nizami Birinci Seçki Dairəsindən qeydə alınmış namizəd Ülviyyə Şükürovanın müraciəti üzrə 4, 6, 28, 31 və 33 saylı məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.

Bu 5 məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən qeydə alınmış namizəd Əziz Əzizovun müraciəti üzrə 17 saylı məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb. Bu məntəqə istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top