İslam dövlətləri arasında sərhədə nəzarət ləğv edilsin

XARİCİ SİYASƏT 11 sentyabr 2024, 17:37
İran Prezidenti Məsud Pezeşkian müsəlman dövlətlər arasında Şengen zonasının anologiyası kimi sərhədə nəzarətin ləğv edilməsini təklif edib.

Demokrat.az report-a istinadən xəbər verir ki, bunu Məsud Pezeşkian İraqa səfəri zamanı bildirib.

Onun sözlərinə görə, bu xarici sanksiyaların neytrallaşdırılmasına imkan verər.

İranla İraq arasında əməkdaşlıqdan danışan Məsud Pezeşkian siyasi, iqtisadi, mədəni və sosial sahədə əməkdaşlığı genişləndirmək imkanlarını araşdırmaq məqsədi ilə xüsusi komissiya yaratmağa çağırıb.

İraq Prezidenti ƏbdülLətif Rəşid iki ölkə arasında tərəfdaşlığın inkişaf etdirilməsinin vacib olması ilə razılaşdığını bildirib. O, iki ölkə arasında ticarət əməliyyatında hesablaşmada ABŞ dollarından imtina etməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top