Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

SOSİAL 10 sentyabr 2024, 22:20

Sabah Sabunçu və Qaradağ rayonlarının bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində, Azərbaycan qadını küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Qaradağ rayonu, "Ələt" QPS-də baypas xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin əvəz olunması məqsədilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonu üzrə Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsində, Qaradağ rayonu üzrə isə Ələt qəsəbəsi, Qobustan qəsəbəsi, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2024, 17:08
17 sentyabr 2024, 15:41
Top