Qarabağ Universitetində çalışmaq istəyərəm — Yaponiyada yaşayan azərbaycanlı professor

GÜNDƏM 10 sentyabr 2024, 14:58
"Sabah biz Xankəndiyə, Qarabağ Universitetinə gedəcəyik, oradakı vəziyyətlə tanış olacağıq. Əgər şərait yaranarsa, çox istərdim ki, orada elmi fəaliyyətlə məşğul olum".

Demokrat.az xəbər verir ki, bu barədə Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ikinci günündə elektronika mühəndisi, ixtiraçı, azərbaycanlı professor Xəlil Kələntər bildirib.

“Mən neçə ildir ki, Yaponiyada yaşayıram. Orada süni intellekt üzrə araşdırmalar aparıram, nanotexnologiyalar sahəsində çalışıram. İstərdim ki, Qarabağ Universitetində texnologiya sahəsi üzrə ixtisaslaşmalar yüksək səviyyədə olsun. Bu, Azərbaycan üçün çox vacibdir”, - deyə professor qeyd edib.


Xatırladaq ki, sentyabrın 9-dan başlanan Forumda dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim iştirak edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2024, 09:14
09 oktyabr 2024, 08:46
Top