ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Qeyd edilib ki,I görüşdə ABŞ-Azərbaycan münasibətlərini və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib.