Tanınmış jurnalist Hidayət Elvüsal VƏFAT ETDİ

MEDİA 08 sentyabr 2024, 11:29
Tanınmış jurnalist, publisist Hidayət Elvüsal vəfat edib.

Bu barədə Modern.az-a onun dostları məlumat veriblər.

Hidayət Yunis oğlu Elvüsal 1949-cu ildə Kəlbəcər rayonunda anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və yerli radioda çalışıb.

Sonrakı illərdə “Azərbaycan gəncləri”, “Kommunist”, “Səhər” və başqa qəzetlərdə işləyib.

Hidayət Elvüsal "Səhər" qəzetində çalışarkən "Belə-belə işlər" adlı rubrikası ilə məşhurlaşmışdı. O, dövrün problemlərini "Belə-belə işlər"də satirik üslubda qələmə alırdı. 

Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top