"Onların maaşlarının artırılmasına ciddi ehtiyac var" — Millət vəkili

GÜNDƏM 07 sentyabr 2024, 18:13
Bu gün təhsil sahəsində mövcud problemlərdən biri də bölgələrdə müəllim çatışmazlığı məsələsidir. Yəni bu məsələ hər zaman geniş müzakirə olunub. Bununla bağlı biz davamlı olaraq müxtəlif müzakirlər aparılıdığını görürük. 

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, bu bir problem olaraq təhsil sahəsində həllini gözləyən bir məsələ kimi qalmaqdadır:

“Hesab edirəm ki, bölgələrə göndərilən müəllimlərlə bağlı müəyyən güzəştlərin olmasına, maaşlara əlavələrin olunmasına ehtiyac var.  Çünki bölgələrə gedən müəllimlər əlavə çətinliklər və problemlər yaşayırlar. Ona görə də onların maaşlarının artırılmasına  və verilən kirayə haqlarına baxılmasına ciddi ehtiyac var. Yəni, əgər bir müəllim Bakıda rahat işləyirsə, bölgədə işləmək asan deyil.  Bu anlamda ən uyğun variant, onlara şərait yaradılmalıdır ki, onlar bölgələrdə rahat işləyə bilsinlər. Hazırda bu məsələnin ciddi şəkildə nəzərə alınmasına ehtiyac var. Hesab edirəm ki, burada müəllimlərimizin də üzərinə ciddi məsuliyyət düşür. Müəllimlər özləri də bu məsələyə həsas yanaşmalıdırlar”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top