Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi

KRİMİNAL 07 sentyabr 2024, 17:46

Bakıda qadın sərxoş həyat yoldaşından polisə şikayət edib.

"Qafqazinfo"nun məlumatına görə, 41 yaşlı Elvin Quliyev (ad-soyadlar şərti) hadisə günü içkili vəziyyətdə evə gəlib.

İttihama görə, həyat yoldaşı Samirə onun davranışlarını qınayarkən, Elvin onu öldürməklə hədələyib. Bundan sonra qadın birbaşa polis şöbəsinə qaçıb. Sərxoş ər onun arxasınca gəlib və cütlük şöbənin qarşısında da mübahisə edib.

Arvadının şikayətdən sonra Elvin saxlanılıb və əməli xırda xuliqanlıq kimi qiymətləndirilib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə Elvin 15 sutka inzibati qaydada həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top