Prezidentin xüsusi nümayəndəsi Şuşada toyda iştirak etdi — VİDEO

GÜNDƏM 07 sentyabr 2024, 00:28

Şuşada 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilib.

44 günlük Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toy mərasimi "İsa bulağı" istirahət kompleksində təşkil olunub. Toy məclisində gənclərin ailə üzvləri, qohum-əqrəbaları, Şuşa sakinləri və rəsmi şəxslər iştirak ediblər.

Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov bu xoş günlə bağlı təəssüratını Baku TV-yə bölüşüb:

"Nəhayət o gün gəldi, şuşalı ailə qurur və biz bu hadisəni doğma Şuşamızda qeyd edirik. Gənc ailəyə xoşbəxt ömür, firavanlıq arzulayıram".

Ətraflı süjetdə:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top