Oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİCS sammitində Ermənistan da iştirak edəcək. Qonşu ölkəni baş naziri Nikol Paşinyan təmsil edəcək. Yerli mənbələrin xəbərinə görə, bu barədə ölkə parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan məlumat verib.
Politoloq Samir Hümbətov Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistanın BRICS-ə üzv olması hazırda real görünmür:
“Ermənistan nəbz yoxlamasına keçib. Çünki indiki hakimiyyət daha çox qərbyönümlü siyasəti ilə tanınır. Amma Paşinyan üçün tez-tez tərəf dəyişdirmək adi hala çevrilib. Ermənistan manipulyasiyalar etməklə gələcəkdə BRICS-i də kənarda qoymaq istəmir. Paşinyan hakimiyyətinə qarşı Qərbdə təhdid, təzyiq olarsa, Ermənistan bu halda üzünü BRICS-ə çevirə bilər. BRICS-ə daxil olan ölkələr dünyanın böyük ölkələridir, Ermənistana yaxın dövlətlər də burada var. Azərbaycan və Türkiyədən sonra Ermənistanın da təşkilata daxil olmaq məsələsi bir müddət müzakirə oluna bilər. Ermənistanla sülh müqaviləsi imzalanacaqsa, bu, birbaşa onun quruma üzv olmasına şərait yarada bilər. Amma indiki halda düşünürəm ki, bu məsələ real deyil”.
Törə Zeynallı
Demokrat.az