Məhkəmə Durovun 6 ay müddətinə Fransanı tərk etməsinə qadağa qoyub

DÜNYA 06 sentyabr 2024, 00:15
Məhkəmə “Telegram”ın həmtəsisçisi Pavel Durovun 6 ay müddətinə Fransanı tərk etməsinə qadağa qoyub.

APA xəbər verir ki, bu barədə RİA Novosti “Paris Match”a istinadən məlumat yayıb.

Məlumatda o da qeyd olunur ki, Durov hazırda Parisdə məhkəmənin verdiyi müddət ərzində qala bilmək üçün kirayə ev axtarır.

Qeyd edək ki, Pavel Durov avqustun 24-ü axşam saatlarında Paris hava limanında saxlanılıb. O, dörd gün həbsdə qalıb və məhkəməyə gəlib. İş adamı 12 maddə üzrə cinayətlərdə iştirakda şübhəli bilinir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 22:49
15 sentyabr 2024, 21:46
15 sentyabr 2024, 20:15
15 sentyabr 2024, 19:59
Top