“Əks halda Qarabağdan getmiş ermənilərin geri qayıdışı baş tuta bilməz...” — Politoloq

GÜNDƏM 05 sentyabr 2024, 18:33
Qərbi Azərbaycan İcması bir neçə gün öncə yaydığı bəyanatda Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnu yenidəmə gündəmə gətirdi. Bəyanatda qeyd olunub ki, Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranlar qərbi azərbaycanlıların qayıdış hüququnu danır. Nəinki Ermənistan, beynəlxalq ictimaiyyətin də azərbaycanlıların və ermənilərin qayıdış hüququna bərabər yanaşmadığı vurğulanıb: “Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyirik”, - bəyanatda bildirilib.

İcmanın bəyanatına münasibət bildirən politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan 30 ildən çoxdur ikili standartlarla qarşılaşır:

“Ona görə də bu məsələlərin mahiyyətini daha yaxşı görməkdəyik. İkili standartlar yalnız ərazilərimizin işğalı ilə bağlı deyil, eyni zamanda etnik təmizləməyə məruz qalaraq Ermənistandan deportasiya edilən soydaşlarımıza da aid edilir. Onlara münasibət Qarabağdan getmiş ermənilərə münasibətdən fərqlidir. Belə ki bəzi qurumlar və dövlətlər, onların rəsmiləri Qarabağdan getmiş ermənilərin hüquqları haqqında danışarkən Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın hüquqları ilə bağlı məsələyə dırnaqarası baxırlar. Məhz həmin qüvvələr erməni toplumunu Azərbaycana qarşı işğala sövq edib, onu həvəsləndirib və bu işğalı dəstəkləyib. Azərbaycan torpaqları üzərində Ermənistanın ərazisinin böyüdülməsinə çalışıblar, amma  Azərbaycan xalqı və dövləti buna yol verməyib. Bu gün Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın hüquqlarını tanımaq istəməyənlər gün gələcək həqiqəti qəbul edəcəklər. Qarabağ ermənilərinin geri qaytarılmasını tələb etdikləri kimi soydaşlarımızın da ləyaqətlə öz doğma yurdlarına dönməsi məsələsini gündəmə gətirəcəklər, buna məcburdurlar. Əks halda Qarabağdan getmiş ermənilərin geri qayıdışı baş tuta bilməz. Ermənistan soydaşlarımızı qəbul etməyə hazır deyilsə, Ermənistanda bir azərbaycanlı yaşamadığı müddətcə Azərbaycan da eyni standartları tətbiq etməlidir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 22:49
15 sentyabr 2024, 21:46
15 sentyabr 2024, 20:15
15 sentyabr 2024, 19:59
Top