Qəzzada ölənlərin sayı 41 minə çatdı

DÜNYA 03 sentyabr 2024, 19:49
İsrailin Qəzza zolağına təşkil etdiyi sıx hücumlarda ölənlərin sayı  40 min 819-a çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saatda Qəzza zolağına edilən 33 hücumda 33 fələstinlinin həyatını itirdiyi, 67 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının ən az 40 min 819-a, yaralıların sayının isə 94 min 291-ə yüksəldiyi qeyd edilib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top