"Türkiyə bir çox Avropa ölkəsindən irəlidə olduğunu sübut etmək istəyir" — Avropa İttifaqına üzvlük nə vəd edir?

GÜNDƏM 03 sentyabr 2024, 18:46
“Türkiyə Avropanın bir hissəsidir. Avropa İttifaqı ölkələrinə yaxın olduğu üçün, habelə Aİ ölkələrinin hamısı NATO hərbi-siyasi təşkilatına üzv olduğundan Türkiyənin də bu qurumda təmsil olunması məntiqlidir. Düzdür, Aİ-nı bir çoxları xristian qurumu adlandırır, amma iqtisadi-ticari, mədəni əlaqələrin inkişaf etdirilməsi və Aİ daxilində üzv ölkələrə bir çox güzəştlər olduğu üçün Türkiyənin də bu ailədə yer olması məntiqli görünür”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib. Onun fikrincə, Türkiyə ittifaqa üzv olmaq istəyi ilə və bu istiqamətdə fəaliyyətini davam etdirməklə quruma üzv ölkələrdən demokratiyanın inkişafı, mədəni inkişaf səviyyəsi və digər amillər baxımından heç də geri qalmadığını, hətta bir çoxlarından irəlidə olduğunu sübut etmək istəyir:



“Həm də bu, mədəni, siyasi və iqtisadi baxımdan Türkiyənin Avropaya inteqrasiyası üçün hüquqi əsas verir. Əgər Türkiyəni Aİ-na üzv qəbul etməsələr, o zaman alternativ beynəlxalq qurumlara üzv olmaqla beynəlxalq səviyyədə təşkilatlar daxilində fəaliyyətini genişləndirə bilər. Türkiyə həm də Aİ-nın onu qəbul etmədiyi üçün başqa beynəlxalq təşkilatlarla əməkdaşlığa üz tutduğunu göstərir. Məsələn, oktyabrda Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərində BRICS sammitinə prezident Rəcəb Tayyib Ərdoğanın dəvət edilməsi və onun dəvəti qəbul etməsi rəsmi Ankaranın Brüssel qarşısında ittifaqa üzv qəbul edilmədiyi üçün atdığı addımlardan sayıla bilər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top