Deputat seçilən şəhid qardaşı: "Cəmiyyətlə işləmək asan deyil..."

SİYASƏT 03 sentyabr 2024, 14:00

Son parlament seçkilərində deputat seçilənlər arasında şəhid ailələrinin üzvləri də var. Onlardan biri də 22 saylı Şıxmahmud seçki dairəsindən namizədliyini irəli sürmüş Üzeyir Məmmədovdur.

Üzeyir Məmmədov 2016-cı il iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan kapitan Toğrul Məmmədovun qardaşıdır.

Musavat.com Üzeyir Məmmədovla əlaqə saxlayıb, onunla yeni fəaliyyəti ilə bağlı kiçik müsahibə edib:

- Üzeyir bəy, hazırda hansı sahədə işləyirsiniz?

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Şəhid ailələri və Qazilərlə İş şöbəsinin müdiriyəm. Son 1 ildə nazirlikdə işləmişəm.

- Namizədliyinizi irəli sürməyinizi özünüz istədiniz, ya məsləhət gördülər?

- Namizədliyimi öz təşəbbüsümlə irəli sürdüm. Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Naxçıvanda partiya üzvü olanlar namizədliklərini öz təşəbbüsləri ilə irəli sürürlər.

- Təbliğat-təşviqat dövründə vətəndaşlarla görüşdə ən çox hansı problemlərə diqqət çəkildi?

- 22 saylı Şıxmahmud seçki dairəsi üzrə 9 kənddə oldum. Özüm sosial sahədə işlədiyim üçün sosial sahə ilə bağlı müraciətlər daha çox oldu. Kəndlərdəki problemləri qeyd etmişik. Seçkidən sonrakı dövrdə proses davam edəcək.

- Bəs siz deputat kimi daha hansı məsələlərə diqqət çəkməyi düşünürsünüz?

- Bu günə kimi şəhid ailələri və qazilərlə daha çox işləmişəm. Bundan sonra isə cəmiyyətin bütün təbəqələri ilə işləyəcəyik. Vətəndaşların qayğıları, onları maraqlandıran problemlərin həlli ilə bağlı əlimizdən gələni edəcəyik. Cəmiyyətlə işləmək asan deyil. Səni nəyin gözləyəcəyini bilmək olmur. Əsas odur ki, biz bu məsuliyyəti, öhdəliyi öz üzərimizə götürə bilmişik. Xalq bizə etimad göstərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top