Bakıda sürücülərin başına oyun açan parklanma nişanları — VİDEO

SOSİAL 03 sentyabr 2024, 11:14
Paytaxtın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində parklanma ərazisində avtobus dayanacağı nişanı quraşdırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Baku TV-yə şikayətçi müraciət edib.

Onun sözlərinə görə, avtomobilini sözügedən ərazidə saxladıqdan sonra əraziyə yol nişanının qoyulduğunu bilib. Həmin şəxs işarənin qoyulmasından sonra ona yol polisi tərəfindən cərimə yazıldığını deyib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, sözügedən ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkəti nəzərdə tutulan dayanacaq meydançası və həmin dayanacaq meydançasını bildirən yol nişanı və nişanlanma xətti mövcuddur: 

“Bu kimi qayda pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir”.

Ətraflı süjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top