Bakının mərkəzində yeni çəkilən yolda səki yoxdur — VİDEO

SOSİAL 15 sentyabr 2024, 09:48
Paytaxt ərazisində bir sıra yollarda təmir işləri aparılır.

Nəsimi rayonunda istifadəyə verilən yeni yol, sakinlərin narazılığına səbəb olub.

Yeni çəkilən yol sakinlərə isə çətinlik yaradır. Söhbət paytaxtın Nəsimi rayonu Mirzə Əliyev küçəsinin sakinlərindən gedir

Sakinlər deyir ki, layihə zamanı evlərə giriş nəzərə alınmayıb. Qapıları artıq birbaşa yola açılır.

Ərazidə yaşayanların sözlərinə görə, yolun hərəkət hissəsi ilə getməyə məcburdular. Səki isə ümumiyyətlə yoxdur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirib ki, bu, təmsil etdiyi qurumun işi deyil.

Sözügedən ərazidə təmirdən öncə də səki olmayıb. Agentlik yalnız mövcud keçənin asflatlanmasını həyata keçirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top