Masazırın zibillik problemi niyə həll olunmur? — VİDEO

SOSİAL 18 sentyabr 2024, 14:21
Masazır qəsəbəsinin Abşeron küçəsində yaşayan sakinlər məişət tullantılarının vaxtlı-vaxtında daşınmamasından şikayətlənirlər.

Onlar iddia edirlər ki, tullantılar günlərlə qalaqlanaraq ərazidəki konteynerlərdə qalır.

"Zibili yandırdıqları üçün səhərə kimi iydən heç kim yatmayıb. Özümüz su daşıyıb söndürmüşük ki, heç olmasa tüstü olmasın. Qapı-qapı düşüb zibil pulu yığırlar, amma yenə də tullantılar daşınmır", - deyə sakin Kamil Musayev narazılıq bildirib.

Konteynerlərin ətrafında yaranan antisanitar vəziyyət sahibsiz itlərin də əraziyə toplaşmasına səbəb olur.

"Zibil atanda it gəlib ayağımı dişlədi. Keçən dəfə isə bir qadına cumub, onu yerə yıxmışdı. Ətrafdakılar gəlib kömək etdilər", - sakin Rəmzi Rüstəmzadə deyib.

Daha ətraflı Baku TV-nin süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top