Sabah bəzi yerlərdə leysan yağacaq

SOSİAL 15 sentyabr 2024, 14:39
Azərbaycanda sentyabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.

Sentyabrın 16-da Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-19°, gündüz 25-30° isti, dağlarda gecə 5-10°, gündüz 12-17° isti olacağı ehtimal edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top