Abşeronda evlərə və həyətlərə dolan çirkab su problemi nə vaxt həll ediləcək? — VİDEO

SOSİAL 15 sentyabr 2024, 09:29
Abşeronda "Qır gölü" adlanan ərazidə yaşayan sakinlər çətin vəziyyətə düşüblər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlərin sözlərinə görə, 10 gündən çoxdur ki, ərazidəki nasosxana işləmir. Bu səbəbdən də gölün suyu daşaraq yaxınlıqda olan evlərin zirzəmilərinə və həyətlərə dolur.

Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, həmin göl üçün nəzərdə tutulan nasosxana sıradan çıxıb:

"Nasosxana qısa vaxt ərzində təmir etdiriləcək və sakinlərin haqlı şikayəti tam həll olunacaq".

Ətraflı süjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top