Bakı küçə və xiyabanlarda, bağlarda, parklarda yerləşdirilmiş tullantı qablarının sayına görə dünyanın bir çox ölkələrindən öndədir. Yəni bu məsələdə haqsızlıq etmək olmaz.
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib. O bildirib ki, insanlar təbiəti çirkləndirməyi hədəf alıb:
“Müşahidə edirik ki, küçə və parklarda hər 10 metrdən bir tullantı qabları var.Amma 5 metr məsafəyə yol sərf edib, o tullantını yeşiyə atmaqdansa, oturduğu yerə tullayanlar, oturacaqların boşluğuna qoyanlar var. İstənilən vəziyyətdə biz özümüzə daha rahat olanı seçməyi öyrəşmişik. 5 metr gedib əlimizdəki tullantını qabına atmaqdansa, təbiəti çirkləndirməyi hədəfləmiş insanlarıq. Biz nə edirksə, özümüz edirik. Öz ölkəmizi, şəhərimizi çirkləndiririk, öz ekologiyamızı çirkləndirərək oturduğumuz budağı kəsirik. Əgər tullantı qutuları yoxdursa, bu məsələni qaldırmaq lazımdır. Gündəmə gətirmək lazımdır. Niyə insanlar küçədə maraqlı nələrsə görəndə dərhal telefonunu çıxarıb, çəkib onu paylaşmağa meyillidir? Niyə insanlar hər şeyi şoulaşdırmağa, məşhurlaşdırmağa meyillidir, amma problem görəndə, elə məsələn zibil yeşiyi çatışmazlığı, çək, paylaş insanlar məlumatlansın. Əlaqədar qurumun diqqətinə çatdırılsın və oraya tullantı qabları qoyulsun. Sadəcə heç kim əlini daşın altına qoymaq istəmir. Heç kim problemi öz tərəfindən qabartmaq istəmir. Ona görə əgər zibil yeşiyi həmin ərazidə yoxdursa, o zibili zəhmət çəkib öz çantamızda gəzdirmək məcburiyyətindəyik. Bu bizim vətəndaşlıq borcumuzdur. İkincisi, mədəniyyət göstəricisidir. Zibil yeşiyi yoxdur deyə, zibili yerə atmaq, insanın mədəniyyətsizlik göstəricisidir. Düşünürəm ki, şəhəri ən çox zibilləyən biz elə özümüzük. Əvvəllər Bakı küləklər şəhəri idisə, indi artıq tullantılar şəhərinə çevirilib”.
Mehriban Mirzəzadə
Demokrat.az