Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı növbədənkənar parlament seçkilərinin ilkin nəticələri barədə Bəyanat yayıb. ƏHD Partiyası mətbuat xidmətinin yaydığı məlumata görə, Bəyanatda deyilir:
“1 sentyabr 2024-cü il tarixində ilk dəfə suveren Azərbaycanın bütün ərazisini əhatə etməklə keçirilən Milli Məclisə seçkilərdə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası 11 namizədlə iştirak etmiş, namizədlərin hər biri öz dairəsində aktiv seçki kampaniyası aparmış, əhali ilə çoxsaylı kütləvi görüşlər keçirmişdir. Seçici imzalarının toplanmasında, təbliğat işinin aparılması zamanı əhali ilə ünsiyyətdə heç bir maneə ilə rastlaşmayan çoxsaylı partiya üzvlərimiz seçki günü səsverməni də canlı şəkildə izləmişdir. ƏHD Partiyasının rəhbərliyi və partiyamızdan olan namizədlər seçkiləri müşahidə edən 7 müxtəlif beynəlxalq və yerli müşahidə missiyalarının təmsilçiləri ilə görüşmüş, seçkilərlə bağlı fikir mübadiləsi aparmışlar. 50-dən çox seçki dairəsinin yüzlərlə məntəqəsində müşahidələr aparan partiya üzvləri proseslə bağlı mütəmadi olaraq partiyanın mərkəzi qərargahını məlumatlandırmışdır. Müşahidəçilərin rəylərinə əsasən onların müşahidə apardığı məntəqələrdə yekun nəticələrə təsir edə biləcək ciddi qanun pozuntusuna rast gəlinməmişdir.
Amma çox təəssüf ki, bəzi namizədlərin müşahidəçiləri bir sıra seçki məntəqələrində səsvermə prosesinə qanunsuz müdaxilə edərək, seçki prosesini pozmağa cəhd göstərmişlər. Bu kimi halları qətiyyətlə pisləyirik.
Demokratik, azad və sərbəst şəkildə keçirilən, namizədlərə və seçicilərə yaradılmış imkanlar baxımından yüksək səviyyədə təşkil olunan bu seçkilər partiyamız üçün də uğurlu hesab oluna bilər. Səsvermənin ilkin nəticələrinə əsasən partiyanın iki namizədi öz rəqiblərindən daha çox səs qazanmışdır. Bu münasibətlə Ədalət, Hüquq, Demokratiya Partiyasının üzvlərini, seçkilərdə qalib gəlmiş Yeni Azərbaycan Partiyasını və uğur qazanmış digər namizədləri təbrik edirik. VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə ədalətli cəmiyyət, hüquqi, demokratik dövlət quruculuğunda, parlamentarizm ənənələrinin davam və inkişaf etdirilməsində uğurlar arzulayırıq”.