"Azərbaycanda hərbi qanunvericilik normal vəziyyətə gətirilməlidir" — AÇIQLAMA

GÜNDƏM 31 avqust 2024, 16:43
"Hərbi xidmət müddəti ilə bağlı  müxtəlif təkliflər var və müxtəlif fikirlər səsləndirilir. Ümumiyyətlə, hərbi qanunvericilik Azərbaycanda normal vəziyyətə gətirilməlidir".

Bu sözləri Demokrat.az-a açıqlamasında həbir ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, bu gün Azərbaycanın  hərbi  qanunvericiliyində çox böyük boşluqlar və geriliklər mövcuddur:

“Ümid edirəm ki,  2025-ci il üçün bu boşluqlar aradan qaldırılacaq. Çünki gələn il üçün hərbi sahə ilə bağlı dövlətin müəyyən gözləntiləri var. O cümlədən də Azərbaycan ordusunun qardaş Türkiyə ordusu modelinə çatdırlmasının tam yekunlaşması həyata  keçirilməlidir. Əlbəttə ki, bununla yanaşı, hərbi xidmət müddəti məsələsinə də baxılması lazımdır. Çünki hesab edirəm ki, artıq Qarabağ məsələsi  öz həllini tapıb. Qanunvericiliyimizi də tez bir zamanda müasirləşdirməli və təkminləşdirməliyik. İlk növbədə alternativ xidmət haqqında qanun qəbul edilməlidir. Əvvəllər bu təklif səsləndiriləndə bir qədər fərqli yanaşılırdı. Amma həqiqi hərbi xidmət müddətinin 6 aya endirilməsi təklifi yaxşı olsa da, indiki zaman üçün  düzgün bir fikir deyil. Bir neçə ildən sonra bu təklif icra olunarsa, daha yaxşı olar. Hətta 5-10 ildən sonra bu təklifin yerinə yetirilməsi daha məqsədə uyğun ola bilər. Ən mütərəqqi  ölkələrin qonşu və yaxud Avropa ölkələrinin ən mütərəqqi çağırış sistemi bizdə tətbiq olunarsa, bunun bizə yalnız xeyri dəyə bilər. İndiki vəziyyətdə isə çağırış yaşı ilə bağlı məsələlərə diqqət yetirilsə daha məntiqli olar”

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 16:30
Top