Tədris ilinin başlaması ərəfəsində tələbələr ev problemi ilə üzləşirlər. Paytaxtda kirayə qiymətləri çox bahadır. Bölgələrdən Bakıya oxumağa gələn və maddi durumu aşağı olan tələbələr buna görə böyük sıxıntı yaşayırlar. Təəssüf ki, bir çox universitetin yataqxana problemi hələ də qalmaqdadır.
Məsələyə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov münasibət bildirib. O deyib ki, yataqxana problemi xüsusilə də sosial baxımdan həssas təbəqədən olan ailələrin tələbə övladlarına böyük sıxıntı yaşadır. İ.Orucov Demokrat.az-a açıqlamasında tələbələrin yaşayış probleminin onların təhsilinə də təsir etdiyini bildirib:
“Yataqxana ilə təminat məsələsi həll olunsa, tələbələrin maddi durumu yaxşılaşar. Yataqxana təkcə yaşayış yeri deyil, bura tələbələrin sosiallaşması üçün bir mühitdir, yataqxanada həm də tələbələr idman zalından, oxu zalından, əyləncə guşələrindən istifadə etməklə asudə vaxtlarını səmərəli keçirə bilərlər. Hesab edirəm ki, bu baxmından yataqxanalar həm də mədəni bir mühit formalaşdırır tələbələr üçün”.
Ekspert bu günə qədər universitetlərin yataqxana probleminin həllini tapmadığını təəssüflə qeyd edib:
“Təhsil Tələbə Kredit Fondunun tələbələrin yaşayış qayğılarının həllinə yönəlik müəyyən paketləri var, amma bu, yataqxanaların yerini verə bilməz təbii ki. Bəzi universitetlərin bu problemin həllinə dair planları var. Bəzilərində yataqxanaların tikintisi davam edir. Düşünürəm ki, universitetlər tələbələr üçün yaşayış şərtərini asanlaşdıracaq kampusların tikintisinə maliyyə ayırmalıdırlar. Zənnimcə, universitetlərin maliyyə problemi yoxdur, amma onlara bu istiqamətdə dövlət maliyyəsinin ayrılması da müzakirə oluna bilər. Mövcud yataqxanalarda hesab edirəm ki, qiymətlər normaldır, amma təssüf ki, əksər ali məktəb tələbələrə bu imkanları yarada bilmir. Bu istiqamətdə universitetlərə dəstək verilməsinə ehtiyac var”.
Törə Zeynallı
Demokrat.az