Ermənistanın “İravunk” qəzetinin məlumatına görə, Baş nazir Nikol Paşinyan yaxın vaxtlarda hökumətdə kadr dəyişikliklərinə başlayacaq. Nəşr xəbər verir ki, yeni strategiyaya görə Paşinyan nazirlərin bəzilərini istefaya göndərmək qərarındadır.
“Ermənistanda hakimiyyət daxilində dəyişikliklər ola bilər. Bunun bir sıra səbəbləri var. Hakimiyyətin özündə Paşinyanla eyni düşüncəni bölüşməyən şəxslər var və o bu vəziyyətdən narahatdır. Paşinyan Baş nazir olsa da ölkənin mərkəzləşmiş dövlət halına gəlməsini, yəni iqtidarın tamamilə onun əlində olmasını istəyir. Daha öncə ordu daxilində də müəyyən dəyişikliklər etmişdi, özünə sadiq qüvvələri orduya gətirmişdi. Bu dəfə müdafiə nazirinin özünü də dəyişə bilər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. Onun sözlərinə görə Müdafiə Nazirliyi daxilində fransız əsilli və ya Fransada, ABŞ-də xidmət keçmiş erməni əsilli şəxslərə təyinat verilə bilər:
“Çünki məlumdur ki, son zamanlar Ermənistana silah-sursatdan əlavə amerikalı hərbçilər də göndərilir. Onların arasında ordu daxilində yeniləmə proqramı aparan şəxslər var. Onlar strateji təyinatlar ala bilərlər, bu təcrübə bir çox ölkələrdə var. Bundan əlavə, Daxili İşlər və Xarici İşlər Nazirliyində də kadr dəyişiklikləri ola bilər, çünki bu qurumlarda da ruspərəst şəxslər var. Ermənistanın xarici ölkələrdəki səfirlərinin bir çoxu hələ də Paşinyanın siyasəti ilə deyil, daha çox lobbi, diasporanın fəaliyyəti və ya kilsənin təlimatlarına uyğun hərəkət edir. Paşinyan ölkə daxilində diaspora, lobbi və kilsə, həmçinin müxalifət və Rusiya yönümlü qüvvələr arasındakı hakimiyyət bölgüsünü vahid əldə cəmləşdirmək istəyir”.
T.Rzayevin fikrincə hakimiyyət daxilində böyük dəyişiklər olmasa da strateji təyinatların olması mümkündür. Növbədənkənar seçki versiyasını da istisna etməyən ekspert söyləyib ki, Paşinyan iqtidarı tamamilə ələ keçirərsə, seçkiyə ehtiyac olmayacaq.
Ekspert bildirib ki, Azərbaycanın irəli sürdüyü tələblər də Paşinyanı düşündürür:
“Rəsmi Bakı Ermənistanın konstitusiyasının dəyişdirilməsini və Müstəqillik haqqında Bəyannamədən region ölkələrinə qarşı ərazi iddialarının çıxarılmasını tələb edir. Paşinyan bunu istəmir və müxalif qüvvələrin reaksiyasından da çəkindiyi üçün bu məsələyə isti baxmır. Azərbaycanın tələblərində təkid etməsi və Ermənistanın təxribatlarına eyni tipdə cavab verməsilə birlikdə böyük ehtimal ki Paşinyan geri addım atacaq və konstitusiyaya dəyişiklik edəcək. Kadr dəyişikiyi də bu baxımndan özünü sığortalamaq üçün lazım ola bilər”.
Politoloq hesab edir ki, əsas məsələ Rusiyaya meyilli qüvvələrin Ermənistanda çoxluq təşkil etməsidir:
“Rəsmi İrəvan bu faktoru aradan qaldırmaq, yerinə Paşinyana sadiq kadrları gətirmək istəyir. Hakimiyyət daxilindəki dəyişikliklərin mahiyyəti də bundan ibarətdir”, - deyə T.Rzayev əlavə edib.
Törə Zeynallı
Demokrat.az