Astarada ər atası evinə getmək istəyən arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 27 avqust 2024, 14:27
Astara rayonunda 1980-ci il təvəllüdlü Mübariz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Fidana (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun  25-də Astara rayonunun kəndində baş verib. Mübariz birgə yaşadıqları evdə arvadı Fidan ilə aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun üz və bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpiklə zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Mübarizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Astara rayonun kəndində yaşayır, zərərçəkmiş Fidan onun arvadıdır: “1998-ci ildə Fidanla rəsmi nikaha daxil olmuşam. Birgə nigahımızdan dörd övladımız var. İki qız övladlarımız ailə həyati qurub və  bizdən ayrı yaşayırlar. İki oğlan övladım isə hazırda Bakı şəhərinə işləməklə dolanışıqlarını təmin edirlər. Özüm hazırda heç bir yerdə işləmirəm və narkotik istifadə etdiyim üçün azadlığın məhdudlaşdırılması cəzası almışam, hazırda cəzamı çəkirəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bu ilin iyunun 25-də, saat 10 radələrində yaşadığı kənd icra nümayəndəliyinə və bələdiyyəyə gedib: “Bələdiyənin sədri orada olmadığı üçün geri evə qayıtdım. Bu zaman yolda arvadım Fidanla rastlaşdım. Fidanla hara getdiyini soruşdum. Fidanla valideynlərinin evinə getdiyini bildirdi. Fidan məndən icazəsiz evdən getdiyimə görə, onu qaytardım, birlikdə yaşadığımız evə gəldik. Həmin gün saat 11 radələrində yasağımız evdə həmin məsələyə görə aramızda mübahisə yarandı. Ondan “niyə özbaşına evdən çıxmısan” deyə soruşdum. Fidan da “əcəb etmişəm, getmişəm” deyə mənə kobud cavab verdi. Həmin vaxt hirslənərək Fidanın üz və bədənin müxtəlif nahiyələrindən yumruq,  təpiklə zərbə vuraraq onu döydüm. Hadisə zamanı evdə kənar şəxs olmayıb. hadisə ani baş verərək bitdi. Hazırda arvadımı döydüyüm üçün səmimi peşmanlıq hissi keçirirəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fidanın sözlərinə görə, iyunun 25-də, saat 10 radələrində Mübariz kənd icra nümayəndəliyinə gedib: “Valideynlərim yadıma düşdüyü üçün evdən çıxdım və valideynlərimin evinə getdim. Yolda Mübarizlə rastlaşdım. Mübariz məndən hara getdiyimi soruşdu. Ona valideynlərimin evinə getməsini bildirdim. Mübariz “niyə məndən icazəsiz evdən çıxmısan” dedi və məni geri qaytardı. Ona görə də birlikdə yaşadığımız evə gəldik. Saat 11 radələri olan vaxt “niyə özbaşına evdən getmisən” deyə Mübariz təkrarən məndən soruşdu. Mübarizə “valideynlərimin evinə gedirdim, səndən icazə almalıyam” deyə cavab verdim. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı Mübariz mənim üz və bədənimin müxtəlif nahiyələrindən yumruq, təpiklə zərbə vuraraq məni döydü. Həmin vaxt evdə bizdən başqa kimsə olmayıb. Bundan sonra polisə ərizə verdim.

Hazırda Mübarizdən şikayətçiyəm. Onun barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını xahiş edirəm. Çünki, Mübariz azadlıqda qalarsa, yenə də məni döyəcəkdir”.

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mübariz 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalından həbs edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 sentyabr 2024, 20:00
13 sentyabr 2024, 19:37
Top