Xəbər verdiyimiz kimi, avqustun 28-də səhər saatlarında Günəşin bir tərəfində altı planet və Yerin peyki təxminən 160 dərəcə sektorda düzülərək planetlərin şərti paradını təşkil edəcək.
Planetlərin bəzisi bir gün əvvəl görünəcək, ona görə də paradı avqustun 27-də Bakı vaxtı ilə saat 22:00-dan etibarən müşahidə etmək tövsiyə olunur.
Veneradan başqa, bütün planetlər Yer kürəsinin qübbəsində Günəşin bir tərəfində yerləşəcək və onları eyni zamanda görmək mümkün olacaq. Merkuri, Mars, Yupiter və Uran səmanın şərq hissəsində, Neptun və Saturn isə cənub-qərbdə olacaq.
"Planetlərin paradı" ilə bağlı astroloq Səbuhi Rəhimli Demokrat.az-a açıqlama verib.
“Bilirik ki, bütün planetlər günəşin ətrafında fırlanır. Bəzən elə məqamlar olur ki, dörd və ya beş planet bir sırada düzülmüş formada olur. Bunun isə heç bir mahiyyəti yoxdur. Planetlərin zodiak işarəsindəki həssaslığı, haradan keçməsi, bu isə başqa bir təhlildir. Amma bir sırada düzülməsi onsuz da təsadüfən baş verir. Yəni onsuz da eyni məsafədədir, yerini dəyişmir. Sadəcə bir sıra ilə düzülür. Bu hadisəyə bir çoxları mistik don geyindirir. Guya Uran hansısa yerə gəldikdə müharibə olacaq və bu kimi fərziyyələr irəli sürülür. Guya Uran orada olmayanda müharibə olmur. Bu prosesin heç bir mistik mahiyyəti yoxdur, nə də heç bir hadisəyə təsir edəcək planetar quruluşu var”.
Mehriban Mirzəzadə
Demokrat.az