Xəstəlikdən qorxanlar kimlərdir?

GÜNDƏM 26 avqust 2024, 21:15
Hələ lap qədimlərdən savadlı həkimlər bilirdilər ki, insanların xəstəliklərə yoluxması onların psixoloji durumu və əhval ruhiyyələrindən bilavasitə asılıdır. 

Bunu Demokrat.az-a açıqlamasında psixoloq Elmir Əkbər deyib. O bildirib ki, nəinki həkimlər, ümumiyyətlə, ziyalı təbəqənin məlumatı var ki, xəstəliyə yoluxmaqda psixoloji faktor əsas rol oynayır:

“Məsələn, Napoleon  Avropanın xəstəliklər olan ölkələrinə gedirdi, amma özünü psixoloji hazırlayıb getdiyinə görə, heç bir virusa yoluxmurdu. Təəssüf ki, bugünkü gün Azərbaycanda əksər həkimlərin, ümumi dünyagörüşü və həkim savadı bərbaddır. Bu durum məni çox məyus edir. Olar bilər ki, həmin həkim öz ixtisasını bilir, bacarıqlıdır baxırsan ki, bu adam həkimdir, amma psixoterapiyanın elementar bir məqamlarından xəbəri və anlayışı yoxdur. Koronavirus zamanı xəstəliyə  ən tez kim tutulurdu? Təşviş, həyəcanı yüksək olan insanlar, hətta koronavirusdan dünyasını dəyişənlər, əslində sırf virusun öz təsirindən dünyalarını dəyişmirdilər. 

Kimlər daha tez virusa yoluxur sualına gəlincə,  birinci növbədə ipoxondriyası olanlar, ikincisi, psixosomatik altyapı xarakterində olan insanlar daha sonra isə müxtəlif fobiyası olan insanlar daha tez yoluxa bilir. Məsələn, nozofobiya var. Bu nozofobiya xəstəlik fobiyası olan, xəstəlikdən qorxan insanlardır. Biri də var, mizofobiya, bu isə yoluxmadan çirklənməkdən qorxan insanlardır. Bunlardan da əlavə ən çox virusa yoluxan şəxslər, təşvişli,həyəcanlı xasiyyəti olan insanlardır. Təşvişli həyəcanlı insanlar bunlar haqqında bəzən deyirlər narahat insandır, yaxınları üçün narahat olur. Ay filankəsə bir şey olar, bir bir yerə gedəndə 100 dəfə yoxlayır, dəqiqləşdirir ki, getdi çatdımı, nə oldu, necə oldu? Sevdiyi və doğmalarına qarşı, həddən artıq narahatlıq göstərir. Belə insanlar isə daha çox virusa yoluxma hallarına məruz qalır.  İnsanlar belə olduqda psixoloqa, psixoterapevtə müraciət etməlidirlər. Bəzən insanlar elə bilir ki, psixoterapiya ancaq depressiya düşəndə, ağırlaşanda, panikatak artıq panik pozuntuya çevriləndə  getmək lazımdır. Əgər insanlar sağlamlıqlarını qormaq istəyirlərsə, belə olduqları halda savadlı, ixtisasını bilən psixoloqlara müraciət etməlidirlər. O zaman onlar heç bir virusa və xəstəliyə yoluxmayacaq”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 sentyabr 2024, 23:46
Top