Qida tullantılarının emalı barədə qanun qüvvəyə mindi

DÜNYA 23 avqust 2024, 20:19
İsveç qida tullantıları ilə mübarizə aparır. 

Demokrat.az
“İTV Xəbər”ə istinadən bildirir ki, ölkədə qida tullantılarının emalını tələb edən yeni qanun qəbul edilib. 

Vətəndaşlar bu addımı müsbət qarşılayır. Stokholm sakini Fabian Sel deyir ki, sakinlər qida qalıqlarına qarşı bundan sonra daha məsuliyyətli olacaqlar: 

“Yeni qanun insanları nə qədər qida qalığı atdıqları barədə düşündürə bilər”. 

Qanun bu ilin əvvəlində qüvvəyə minib və artıq müsbət irəliləyişlər gözlə görülür. Stokholmda təkrar emalla məşğul olan şirkətlərdən biri toplanan qida tullantılarının ümumi miqdarının keçən illə müqayisədə 20 faiz artıdığını bildirib. Həmin tullantılardan təkrar emal edilməklə yeni məhsullar istehsal edilir. 

Şirkətin koordinatoru Stina Hedström qeyd edir ki, qida tullantıları emal edilərək bioyanacaq və biogübrələrə çevrilir: 

“Bu da karbon qazı emissiyalarını azaldır. Biogübrələrdən istifadə etdikdə fosfor kimi məhdud resurslara ehtiyac qalmır”. 

Lakin yenilik özü ilə bərabər problemləri də gündəmə gətirib. Problemli məsələlərdən biri təkrar emala yarayan tullantılar üçün yaşayış binalarının ətrafında uyğun konteynerlərin olmamasıdır. 

Hedströmün sözlərinə görə İsveçdə vəziyyət dəyişib: 

“Əvvəllər qida tullantılarının üçdə ikisi ev təsərrüfatlarından gəlirdi, lakin hazırda bu göstərici azalıb. 50 faizdən çox qida tullantısı restoranlar və digər qida sənayesi müəssisələrinin payına düşür”. 

Qeyd edək ki, Avropa İttifaqı 2030-cu ilə qədər adambaşına düşən ərzaq tullantılarının miqdarını iki dəfə azaltmağı hədəfləyir. İsveç isə 2025-ci ilə qədər bunu 20 faiz azaltmaq niyyətindədir.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 14:40
07 sentyabr 2024, 13:27
Top