Bu ölkə ABŞ-la birgə hərbi təlimlərə başlayır

DÜNYA 19 avqust 2024, 14:28
Koreya Respublikası və ABŞ KXDR-dən gələn nüvə təhlükələrinə qarşı hazırlığı artırmaq üçün nəzərdə tutulan birgə hərbi təlimlərə başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Koreya Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumata görə, manevrlər dövlətin vətəndaşları müxtəlif təhdidlərdən, o cümlədən Şimali Koreyadan gələn nüvə və raket təhdidlərindən deyil, həm də “boz zonada” GPS siqnallarının bloklanması kimi müxtəlif təxribatlardan qorumaq üçün həyata keçirilir.

Cənubi Koreya Prezidenti Yun Sok Yol döyüş hazırlığının Şimali Koreyanın istənilən təxribatının qarşısını ala biləcək səviyyədə saxlanmasını əmr edib.

Qeyd edək ki, avqustun 29-dək davam edəcək “Ulchi Freedom Shield” proqramına kompüter simulyasiyası əsasında komanda-qərargah təlimləri, səhra manevrləri və mülki müdafiə təlimləri daxildir. Bu il onlara Cənubi Koreyanın 19 min hərbçisi cəlb edilib.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 10:34
19 sentyabr 2024, 08:34
Top